Azərbaycan millisinin üzvü “Vulverhempton”da ilk oyununa çıxdı

Azərbaycan millisinin üzvü “Vulverhempton”da ilk oyununa çıxdı

Portuqaliyanın “Pasuş de Ferreyra” klubuna lazım olmayan Renat Dadaşov müqavilə ilə məxsus olduğu “Vulverhempton”a qayıdıb.

Gununsesi.org xəbər verir ki, Azərbaycan millisinin üzvü “canavarlar”ın U-23 komandasına qoşulub.

O, “Bləkbörn”lə qarşılaşmada meydanda olub.

Matç “Vulverhempton”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Vulverhempton” Renat Dadaşovu başqa kluba icarəyə vermək üçün uyğun variantlara baxır.

Gununsesi.org

COMMENTS