Türkiyənin “Qalatasaray” klubu qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirmək istəyir.
Gununsesi.org “Yeni Sabah”-a istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim “Tottenhem”in (İngiltərə) keniyalı futbolçusu Viktor Vayamanı komandada görmək niyyətindədir. “İmperator” ləqəbli çalışdırıcı artıq sözügedən komandanın baş məşqçisi Joze Mourinyo ilə danışıqlar aparıb və razılıq alıb. Portuqaliyalı mütəxəssis Terimə bunun üçün futbolçunu razı salmalı olduqlarını söyləyib:
“Mənim üçün problem yoxdur. Amma futbolçunun özündən də razılıq almalısınız. Onun “Qalatasaray”da oynamasına şad olaram”.
Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə 1 il yarımlıq müqavilə imzalanacağı gözlənilir. Müqavilənin şərtləri haqqında ətraflı məlumat verilməyib.
COMMENTS