“Real” La Liqada 2020-ci ildə ilk oyununa çıxıb.
Gununsesi.org xəbər verir ki, Madrid klubu 19-cu turda “Hetafe”nin qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.
“Hetafe” – “Real” – 0:3
Qollar: Soria, 34-avtoqol, Varan, 52, Modriç, 90+2
Bu qələbə ilə xalını 40-a çatdıran Zinəddin Zidanın komandası turnir cədvəlində ilk pilləyə yüksəlib. 18 oyundan 39 xalı olan “Barselona” 2-ci, “Sevilya” 35 xalla 3-cüdür. Kataloniya klubu bu gecə “Espanyol”a qalib gələcəyi təqdirdə, yenidən lider olacaq.
Gununsesi.org
COMMENTS