Rasim Məmmədov heç vaxt məmur olmayıb və ona qarşı söylənmiş ittihama dövlətin heç bir aidiyyəti yoxdur

“Baku Steel Company” nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədova bu gün dövlət ittihamçısı 15 il cəza istəyib. Prokuror çıxışında, həmçinin iş adamının əmlakının xüsusi müsadirəsini də tələb edib.

Gununsesi.info bildirir ki, iş adamının vəkili Elçin Sadıqov Prokurorun bu tələbinin qanunsuz olduğunu yazıb:

Cinayət prosesində hökumət xüsusi müsadirə hüququndan sui-istifadə edir.

Misal üçün, Rasim Məmmədov heç vaxt məmur olmayıb və ona qarşı irəli sürülmüş ittihama dövlətin heç bir aidiyyəti yoxdur, amma dövlət ittihamçısı bu günkü çıxışında xüsusi müsadirə tələb edib.

Dövlətə heç bir zərər dəymədiyi halda xüsusi müsadirənin həyata keçirilməsi müsadirə hüququndan sui-istifadədir.

Bu halda dövlət əsassız varlanmış şəxsə çevrilir.

Vəkil daha sonra qanuna istinadən Əsassız varlanma anlayışını sadalayıb.

1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Gununsesi.info