
Twitter-in yeni sahibi İlon Mask sosial media platformasında keçirdiyi sorğudan sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın şəxsi hesabının yenidən açılacağını açıqlayıb.
Gununsesi.info ABŞ mediasına istinadən bildirir ki, “Xalq danışdı, Tramp qayıdacaq” deyən Mask, sorğuda iştirak edən 15 milyondan çox Twitter istifadəçisinin 51,8%-nin hesabının Trampa qaytarılmasını dəstəklədiyini qeyd edib. Maskın mesajı latın dilində “Vox Populi, Vox Dei” deməkdir ki, “Xalqın səsi Allahın səsidir” ifadəsini də işlətmişdir.
Qeyd edək ki, noyabrın 18-də Mask, “Trampın hesabı geri verilməlidirmi?” sualı ilə sorğuya başlayıb.
Tərcümə:
Afət