Əli İnsanov YAP-çılarla çox səmimi görüşdü - MUSA MUSAYEV UZUN İLLƏR SONRA SABİQ NAZİRLƏ ÜNSİYYƏTİNDƏN DANIŞDI

  • By admin
  • 22 Noyabr 2022 09:00

“Əli İnsanov Yeni Azərbaycan Partiyasının qurucularından biri olub. “91-lər”dən biri kimi Heydər Əliyevin hakimiyyətə gəlməsində xidmətləri olub. Uzun illərdən sonra mən də Əli İnsanovla görüşdük. O, həm mənimlə, həm də digər köhnə YAP-çılarla səmimi görüşdü”.

Bunu Gununsesi.info-ya açıqlamasında YAP Nəzarət Təftiş Komissiyasının üzvü , hakim partiyanın yaradıcılarından biri olmuş Musa Musayev deyib: “1992-1993-cü illərdə YAP Nəsimi Rayon Təşkilatının sədri idim. Sonra mənim yerimə Əli İnsanov sədr seçildi. Mən də onun müavini oldum. Bu gün başqa bir partiyanın sədri kimi bizim  tədbirə qatılsa da köhnə YAP-çı kimi hər kəslə  səmimi ortamda görüşdü. Demək olar ki, köhnə YAP-çıların hamısı onunla görüşdü”. 

 

Mais

Gununsesi.info