
Türkiyənin İstanbul şəhərindəki terror aktı ilə bağlı yeni həbs edilənlər var.
Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, İstiqlal küçəsində törədilən bombalı hücumla bağlı saxlanılanların sayı 50-yə yüksəlib.
Bu barədə qardaş ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
Bu arada Türkiyənin səhiyyə naziri Fahrettin Koca 81 yaralıdan 58-nin müalicəsinin tamamlandıqdan sonra evə buraxıldığını açıqlayıb: “17 yaralı xəstə xidmətdədir, 6 xəstə isə hələ də reanimasiyadadır”.
Tərcümə:
Mətləb
Gununsesi.info