
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiya və Meral Akşenerə müxalif qüvvələrin cəmləşdiyi “Altılı Masa”nı tərk etmə çağırış edib: “Təbii ki, Akşenerin CHP və digərləri ilə bir sırada dayanması düşündürücüdür. Niyə onlarla eyni masaya və ya eyni mövqeyə düşürlər? Bu, əlbəttə ki, düşündürücüdür. Xüsusilə belə bir zamanda. Ümid edirik ki, onlar bu masadan çıxmaq və milli mövqe tutmaq üçün mövqelərinə yenidən baxacaqlar”.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Akşener Ərdoğanın bu çağırışına mənfi cavab verib: “Biz millətimizin gələcəyinin boşa getdiyi qumar masasında deyilik, gələcəkdə də olmayacağıq. ‘İş çətinliyə düşəndə bizi yerli və milli elan etdilər. Biz Ərdoğanın yerli və milli elan etməsinə ehtiyacı olan partiya deyilik. Biz açıq-aşkar referenduma qarşı çıxan partiyayıq. Dünən müdafiə etdiyimiz şeyi bu gün də müdafiə edirik. Biz heç vaxt millətimizin gələcəyinin hədər getdiyi bir qumar masasında olmamışıq və olmayacağıq”.
Mais
Gununsesi.info