“Mərkəzi Asiya öz münasibətlərini şaxələndirməyə çalışır və Avropa İttifaqına “ən etibarlı partnyor” kimi baxır” vurğulayan komissar daha sonra bildirir ki, Avropa İttifaqı da həm enerji daşıyıcıları, həm də “strateji mühüm xammal” baxımından bu regionla münasibətlərin inkişaf etdirilməsində maraqlıdır: “Mövcud əlaqələr çox zəif inkişaf edib. Mərkəzi Asiyanın bir çox ölkələrinin Avropa və dünya bazarlarına çıxışı yalnız Rusiya vasitəsi ilədir.
Rusiyadan həddən ziyadə asılılıq və seçimin olmaması təhlükəlidir və baha baş gələ bilər”.
Borrel bildirir ki, “artıq belə bir acı təcrübəmiz var”.
Diplomat ilk növbədə Çini və Avropanı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək birləşdirən Trans-Xəzər dəhlizindən söz açır.
Borrel qeyd edir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı bu dəhlizin texniki-iqtisadi əsaslandırılması və onun mümkün çətinliklərinin aradan qaldırılması üzərində işləyir.
Borrelin sözlərinə görə Rusiya və Çin Mərkəzi Asiyada mühüm rol oynaymaqda davam edirlər, amma Avropa İttifaqı artıq bu regionun ticarət və investisiya partnyorudur.
Tərcümə:
Günay Təhməzova
Gununsesi.info