
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Axmat Kadırov respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Çenenstan parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.
Məlumata görə, 18 yaşlı Axmat Kadırov həmçinin rayonun ali mükafatına – respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov adına orden”ə də layiq görülüb.
Bir gün əvvəl məlum olub ki, Kadırovun Çeçenistan hökumətinin baş nazirinin müavini vəzifəsini tutan 25 yaşlı böyük qızı Aişat respublikanın ali ordeni ilə təltif edilib.
Daha əvvəl bildirilmişdi ki, onun digər kiçik qardaşı 16 yaşlı Adam Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəri olub, gənc oğlan da çoxsaylı regional mükafatlara malikdir.
Gununsesi.info