
2023-cü il oktyabrın 7-dən blokadada olan Qəzza zolağında İsrailin davam edən hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 28 min 858-ə çatıb.
Gununsesi.info bildirir ki, bu barədə Fələstinin Qəzza zolağı üzrə Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Qudra məlumat verib.
Təkcə son 24 saat ərzində 83 fələstinli İsrailin hücumlarının qurbanı olub. Bundan əlavə, eksklavın daha 125 sakini yaralanıb, əl-Qudra bildirib.
Nazirliyin məlumatına görə, oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində yaralananların ümumi sayı 68 677 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, ölənlərin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və yol kənarlarında qalır. O əlavə edib ki, təcili yardım və mülki müdafiə qrupları İsrail qüvvələrinin yaratdığı maneələr səbəbindən onlara çata bilmir.
Gununsesi.info