Türkiyənin ilk astronavtı Yer kürəsinə dönüş vaxtı açıqlandı

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Dragon” kosmik gəmisinin və “Axiom-3 “(Ax-3) komandasının Yer kürəsinə dönüş vaxtı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, “SpaceX” şirkətinin sosial mediada paylaşdığı açıqlamada Ax-3 komandasının hava şəraitindən asılı olaraq bu gün Türkiyə vaxtı ilə saat 17.05-də Beynəlxalq Kosmik Stansiyanı tərk etməyi hədəflədiyi bildirilib.

“SpaceX” şirkəti bildirib ki, “Dragon” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyadan ayrılması eniş zonasındakı hava şəraitindən asılıdır.

Gezeravcının 36 saat davam edəcəyi gözlənilən səfərdən sonra cümə günü saat 05.05-də dünyaya dönməsi planlaşdırılır.

Gununsesi.info