
Rusiya prezidenti Vladimir Putinin ən sərt rəqibi kimi tanınan Aleksey Navalnının dünən saxlandığı həbsxanada ölməsindən sonra tərəfdarları küçələrə axışıb.
Gununsesi.info xəbər verir ki, Rusiya polisi küçə və meydanlarda tədbir görərək aksiyaların qarşısını almağa çalışıb.
Nümayişçilər bəzi şəhərlərdə “Qatil Putin” şüarları ilə yürüş edərkən, Navalninin xatirəsinə parklarda və abidələrdə gül dəstələri qoymaq istəyiblər. Ancaq getdikcə sıxlaşan qruplara polis müdaxilə edib. Bəzi nümayişçilər polisin müdaxiləsinə müqavimət göstərdikdə, saxlanılma prosedurlarına başlanılıb.
Navalnı tərəfdarlarının ən çox cəmləşdiyi Sankt-Peterburqda 64 nəfər saxlanılıb.
Paytaxt Moskvada yürüşə çıxan kütləyə polis müdaxilə edib, 11 nəfər saxlanılıb. Nijni Novqorod şəhərində Navalnı tərəfdarları qar yağmasına baxmayaraq küçələrə çıxarkən polislə nümayişçilər arasında dava düşüb, 15 nəfər saxlanılıb.
Bundan əlavə, Bryansk, Krasnodar, Tver, Belqorod, Rostov və Murmansk kimi bölgələrdə Navalnı etirazları zamanı çoxlu sayda insan saxlanılıb.
Rusiyanın “OVD-İnfo” qeyri-hökumət təşkilatı 8 şəhərdə 100-dən çox adamın saxlanıldığını açıqlasa da, Rusiya Daxili İşlər Nazirliyi aksiyaların qanunsuz olduğunu bəyan edib.
BREAKING:
Russian police move in to arrest people attending a rally in memory of Alexei Navalny in Moscow pic.twitter.com/nvOCajYHdf
— Visegrád 24 (@visegrad24) February 17, 2024
BREAKING:
Russian police arrest RusNews journalist Elina Kozich and Novaya Gazeta photographer Alexey Dushutin for filming crowds gathering in Syria Petersburg to protest against Navalny’s murder pic.twitter.com/e2YmeKgzyI
— Visegrád 24 (@visegrad24) February 16, 2024
Gununsesi.info