
ABŞ-nin dövlət katibi Antoni Blinken Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, Blinken bu barədə “X” sosial media hesabında yazıb.
“ABŞ Ukraynanın müdafiəsi və gələcəyinə sadiqdir. Bu gün Münxendə Dmitro Kuleba ilə ABŞ-nin bərpa səylərinə və azad və firavan Ukraynaya dəstəyi haqqında danışdım”, – Blinken qeyd edib.
The United States is committed to Ukraine's defense and its future. Today in Munich, I spoke with @DmytroKuleba about U.S. support for recovery efforts and a free and prosperous Ukraine. pic.twitter.com/JoGNJHQ5NR
— Secretary Antony Blinken (@SecBlinken) February 17, 2024
Gununsesi.info