
Vətəndaş Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirib.
Bundan başqa, Raminlə yanaşı, bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ramin Deko jurnalist kimi fəaliyyət göstərir.
Gununsesi.info