Azərbaycanlı idman gimnastı Dünya Kubokunda finala yüksəlib

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

 

Gununsesi.info-ya Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, o, sərbəst hərəkətlərdə həlledici mərhələyə vəsiqə qazanıb.

 

Dünən start götürən Dünya Kuboku mayın 26-da başa çatacaq.

Gununsesi.info