Rəsmi Bakıdan Kamilin saxlanılmasına - Reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tanınmış məşqçi Kamil Zeynallının Rusiyada saxlanılması ilə bağlı məlumat yayıb.

 

XİN-in Mətbuat katibi Ayxan Hacızadə Gununsesi.info-ya bildirib ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

Onun sözlərinə görə, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir: “Əlavə məlumat olarsa, bildiriləcək”.

Xəbəri rus dilində oxuyun: Появились кадры задержания Кямиля Зейналлы – ВИДЕО

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil üçün vəkil tutulduğunu, onun saxlanılma səbəbinin hələlik dəqiqləşmədiyini açıqlayıb.

 

 

 

Gununsesi.info