
İran hakimiyyəti Türkiyə ilə ticarət dövriyyəsini ildə 300 milyard dollara çatdırmaq istəyir.
Gununsesi.info bildirir ki, İranın İRNA xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran prezidenti İbrahim Rəisi Türkiyəyə uçmazdan əvvəl Tehranın Mehrabad hava limanında deyib.
Qeyd edək ki, onun səfəri Türkiyə prezidenti Rəcəb Ərdoğanın dəvəti ilə baş tutub.
Rəisi əlavə edib ki, Türkiyə İran üçün mühüm tərəfdaşdır və birgə səylərlə oxşar ticarət həcminə nail olmaq olar.
Onun sözlərinə görə, Türkiyə və İran Fələstin xalqını dəstəkləmək zərurətində “razılaşır”.
Gununsesi.info