İki gəmi toqquşdu, biri batdı: Çoxlu sayda Türkiyə dənizçisi son anda xilas edildi

“Marşal” bayraqlı OMEGA gəmisi Şanxay sahillərində MIRABELLA adlı gəmi ilə toqquşma nəticəsində batıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi yanında Dənizçilik Baş İdarəsi məlumat yayıb

Məlumata görə, 16-sı Türkiyə vətəndaşı olan 21 dənizçi xilasedici qayıqla gəmini tərk edərək qəzaya uğrayan gəmi tərəfindən dənizdən xilas edilib.

Sözügedən toqquşmanın əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi bildirilib.

Gununsesi.info