
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Prezidenti Klaus İohannisə etimadnamələrini təqdim edib.
Gununsesi.info-nun xəbərinə görə,
Prezident Klaus İohannis Azərbaycan Respublikasının səfiri ilə söhbətində yüksək səviyyəli görüşlərdə əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.
Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan iki ölkə arasında həm siyasi, həm də iqdisadi, xüsusən enerji sahəsində, həmçinin nəqliyyat, təhsil, ticarət və sərmayələr sahəsində dialoqun gücləndirilməsini təşviq edib.
Gununsesi.info