
Barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilən ADR Partiyasının lideri Qubad İbadoğlu Penitensiar Xidmətin 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Bu barədə Gununsesi.info-ya məlumat verən İbadoğlunun ailə üzvləri bildirib ki, onun dərmanları və geyimi təcridxana tərəfindən qəbul olunmayıb.
Onun hazırda karantin məntəqəsində olduğu deyilir.
Qeyd edək ki, Qubad İbadoğlu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.
DİN tanınmış siyasətçinin həbsinin Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən göndərilən məlumata əsasən “FETÖ İşi” üzrə saxlanıldığına dair açıqlama yaysa da sonradan ona çirkli pulları hazırlama, saxlama, satma ittihamı verilib. O, ittihamları rədd edir.
Şəbnəm
Gununsesi.info