Deputatlığa xanım namizədə təbliğat şəkillərini yapışdırmağa icazə verilmir

Deputatlığa xanım namizədə təbliğat şəkillərini yapışdırmağa icazə verilmir

Deputatlığa namizəd, tanınmış xanım vəkil İradə Cavadova Dairə Seçki Komissiyasından şikayətçidir.

Gununsesi.org xəbər verir ki, 25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizəd olan İradə Cavadova öz sosial şəbəkə hesabında yazır ki, ona məxsus təşviqat kampaniyası posterlərinin məntəqələrdə ayrılmış yerdə yapışdırılmasına icazə verilmir. İradə Cavadova yazır: “Mənə maraqlıdır, digər dairələrdə təşviqat, təbliğat necə gedir? “Bunun üçün rəsmi icazə verilməlidir”, – deyən olubmu? Çünki mənə deyirlər ki, DSK sədrinin rəsmi icazəsi olmalıdır”.

Gununsesi.org

COMMENTS