
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı Yüksək Seçki Qurumunun (YSK) (Mərkəzi Seçki Komissiyası-red.) üzvlərini təhqir etməsi iddiası ilə açılan iddia ilə bağlı məhkəmə prosesi bu gün keçiriləcək.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, məhkəmə İstanbul Kartaldakı Anadolu Ədliyyəsində keçiriləcək.
Xatırladaq ki, əvvəlki iclasda prokuror İmamoğlunun 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini və Türkiyə Cəza Məcəlləsinin (TCK) ‘siyasi qadağa’ ehtiva edən 53-cü maddəsinin də tətbiq edilməsini istəyib.
İmamoğlunun vəkili Kamal Polat mediaya açıqlamasında bildirib ki, şahidlərin dindirilməsi, sübutların toplanması və digər prosessual prosedurların tamamlanmasında israrlı olacaqlar: “Bunlar olmadan məhkəmə qərar verməməlidir”.