d

“Qarabağ” yoxlama oyununda heç-heçə etdi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu ilk yoxlama oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Macarıstan çempionu “Ferentsvaroş”la üz-üzə gəlib.

HTML tutorial

“Leerberg Arena”dakı qarşılaşma 3:3 hesabı ilə bitib.

Azərbaycan təmsilçisinin heyətində Nəriman Axundzadə dubl edib. Üçüncü qolu isə Leandro Andrade vurub.

Gununsesi.info