d

Bakıda bayram namazı qılınır -YENİLƏNDİ

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

Gununsesi.info xəbər verir ki, Təzəpir məscidində icra olunan dini ayin Hacı Şamil Rəsulovun imamətliyi ilə keçirilib.

HTML tutorial

Namazda sakinlər və bir sıra din xadimləri iştirak ediblər.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunur.

09:27

Bakıda Qurban bayramı münasibətilə namaz qılınır.

Gununsesi.info xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:13-də qılınır.

Bu il Azərbaycanda Qurban bayramı iyunun 28-i və 29-u qeyd olunur.

Həmçinin qeyd edək ki, islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Xatırladaq ki, bayram namazı Əjdərbəy məscidində və Göy məsciddə 08:00-də qılınıb.

09:02

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınır.

Gununsesi.info xəbər verir ki, “Əjdərbəy” məscidində bayram namazı saat 08:00-da başlanıb.

Namazda əhali və bir sıra din xadimləri iştirak edirlər.

“Təzə Pir” məscidində isə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban Bayramı 28-29 iyun tarixlərində qeyd olunur.

Gununsesi.info