Goranboyda ağır qəza: 6 nəfər xəsarət aldı - FOTOLAR

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan VAZ-21015 markalı minik maşını qoşqulu traktorla toqquşub.

Qəzadan sonra VAZ yoldan çıxaraq aşıb. Nəticədə minik maşınında olan bir ailənin 5 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Şəmkir rayon sakinləri – 1990-cı il təvəllüdlü Tural Rüstəmov, 1959-cu il təvəllüdlü Xalidə Abdullayeva, 1969-cu il təvəllüdlü Şahnaz Namazova, 1992-ci il təvəllüdlü Tutu Rüstəmli, 2011-ci il təvəllüdlü Aytən Rüstəmli və 2014-cü il təvəllüdlü Kənan Rüstəmlidir. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.


Gununsesi.info