“Qarabağ” – “Neftçi” qarşılaşmasının vaxtı və hakimləri bəlli oldu – Futbol Afişa

“Qarabağ” – “Neftçi” qarşılaşmasının vaxtı və hakimləri bəlli oldu – Futbol Afişa

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun hakim təyinatları açıqlanıb.

Gununsesi.org-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək turun mərkəzi görüşü FIFA referisi Rauf Cabbarova tapşırılıb. Digər beynəlxalq dərəcəli baş hakim Əliyar Ağayev isə “Keşlə” – “Səbail” matçında iş başında olacaq.

Azərbaycan Premyer Liqası, XVI tur

7 fevral (cümə)

19:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev

21:00. “Keşlə” –“ Səbail”
“ASK Arena”.

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov

8 fevral (şənbə)

17:30. “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”

Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

20:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Maşallah Əhmədov Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Gununsesi.org

COMMENTS