Xəzər TV-də canlı yayımlanan “5-də 5” proqramında gərgin anlar yaşanıb. Gununsesi.org xəbər verir ki, verilişə qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Könül Kərimovanın küsülü olduğu ortaya çıxıb.
Belə ki, N. Dostəliyeva əvvəlcə proqrama gələn Könül Kərimova ilə salamlaşmayıb. O, aparıcı və həmkarı Nadir Qafarzadə ilə hal-əhval tutsa da, Kərimova ilə üz-üzə gəlmək istəməyib.
Xalq artisti efirdə “Qəlbimiz saf, təmiz, düz olanda qədəmimiz də gözəl olur. Ürəyimizdə xəbislik, pislik, ikiüzlülük, paxıllıq olmasa, ürəyimiz düz olsa, verilişimiz də, bütün işlərimiz də düz olar” deyə bildirib. Daha sonra Zaur Kamal kollektiv olaraq foto çəkdirmək istəsə də, tərəflər buna mane olmağa çalışıblar.
Bu gün “Hər şey daxil” proqramında qonaq olan Könül Kərimova dünən yaşananlar barədə danışıb. O, N, Dostəliyevanın nə səbəbə bu cür addım atmasından bixəbər olduğunu söyləyib:
“Proqramda olan soyuqluğa diqqət yetirmədim. Nazpəri xanımla aramızda 9-10 yaş fərqimiz var. Özümdən böyük sənətkarlara heç vaxt hörmətsizlik etməmişəm. Gözləməmişəm ki, qarşımdakı birinci salam versin, sonra mən ona salamı qaytarım. Hər zaman özüm addım atmışam. Hər kəsin bir xasiyyəti, xarakteri var. Biz heç üz-üzə gəlib mübahisə etməmişik.
Mən o tərbiyyənin sahibi deyiləm. “5-də 5”dəki kimi hadisələr gözümdə xırda şeylərdir. Salam verdi-vermədi, canı sağ olsun. Mən nə etməliyəm? Mənə kim necə davranırsa, ona qarşı elə olacam”.
COMMENTS