Çində koronavirusun geniş yayıldığı Uhan şəhərindən göyərtəsində 80 Rusiya vətəndaşının olduğu “İl-76MD” tipli hərbi nəqliyyat təyyarəsi Tümenin “Roşino” hava limanına eniş edib.
Gununsesi.org–un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya vətəndaşlarının olduğu ikinci təyyarənin gəlişi çərşənbə günü gözlənilir.
Rusları Çindən təxliyyə edən hərbi həkimlər “Kvars-1” kostyumları ilə qorunur və məsafəli termometrlərə sahibdirlər.
Qeyd edək ki, cəmi iki təyyarə ilə 144 nəfər Uhandan çıxarılır. Çindən Rusiya Federasiyasına təxliyə edilən ruslar və xarici vətəndaşlar Tümen bölgəsində karantinə alınacaq.
COMMENTS