Qəzzada öldürülən jurnalistlərin sayı 130-a çatdı

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölən media işçilərinin sayı 130-a yüksəlib.

Gununsesi.info xəbər verir ki, Qəzza hökumətinin mətbuat xidmətinin məlumatına görə, blokadaya alınmış eksklavda daha dörd media işçisi İsrailin hücumları zamanı öldürülüb.

Xüsusilə, Qəzzanın mərkəzindəki Nusairat qaçqın düşərgəsindəki bir evə İsrail ordusunun endirdiyi zərbə nəticəsində “Qurani Kərim” radiosunun direktoru Zeid Əbu Zayed həlak olub.

Bu arada Kenan media agentliyində işləyən jurnalist Yaser Memduh eksklavın cənubundakı Xan Yunus şəhəri yaxınlığında İsrail snayperlərinin hədəfinə çevrilib.

Məlumata görə, öz növbəsində, “Sahel Medya” şəbəkəsinin fotomüxbiri Məhəmməd Raslan Şenyura və redaktor Mahmud Muşteha təxminən iki ay əvvəl Qəzza şəhərinin Tel əl-Heva məhəlləsində öldürülüb.

Gununsesi.info