ABŞ-dan İsrailə xəbərdarlıq: Bu, fəlakət ola bilər

Gündəlik mətbuat brifinqində Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Qəzzadakı son vəziyyəti və İsrailin Rəfahdakı mümkün əməliyyatını dəyərləndirib.

Gununsesi.info xəbər verir ki, Kirbi Qəzzanın cənubuna sıxışdırılan yüz minlərlə insanın dar bir ərazidə sıxışdırıldığını xatırladıb.

“Rəfah və onun ətrafında çoxlu köçkünlər var. Bu zaman (Rəfahda) bu insanlara qarşı hərbi əməliyyat fəlakət olardı. Biz bu cür hərəkətləri dəstəkləməyəcəyik”, – deyə o bildirib.

Suallara cavab olaraq ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel vurğulayıb ki, Bayden administrasiyası Rəfahda hərbi əməliyyatı dəstəkləmir.

Nazirliyin təşkil etdiyi mətbuat brifinqində Patel deyib: “1 milyondan çox insanın sığındığı bu bölgədə planlaşdırılmamış əməliyyat fəlakət olardı”.

Gununsesi.info