Fransa və Rusiya arasında gərginlik artır: Səfir XİN-ə çağrılacaq

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov fevralın 5-də Fransa Xarici İşlər Nazirliyinə çağırılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə BFMTV kanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Son vaxtlar Fransa və Rusiya arasında gərginlik artıb, Moskva Kiyevə yeni silah satışını elan etdikdən sonra Fransanı “militarist dəlilikdə” ittiham edib.

Fransanın da Rusiya dezinformasiyasının yeni dalğasının hədəfi olacağını gözləyir, prezident Emmanuel Makron isə fevralda Ukraynaya səfər edəcək.

Xatırladaq ki, fevralın 1-də axşam saatlarında Xerson vilayətinin rəhbəri Rusiyanın Berislavı atəşə tutması nəticəsində iki könüllünün – Fransa vətəndaşının həlak olduğunu və onların daha üç həmkarının yaralandığını bildirmişdi. Təşkilatın Ukrayna nümayəndəliyi də yaralanıb.

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski hadisəyə münasibət bildirib.

Gununsesi.info