
Xəbər verdiyimiz kimi, Rusiyada 19 il həbs cəzası alan və prezident Vladimir Putinin ən böyük rəqiblərindən biri adlandırılan müxalifət lideri Aleksey Navalni həbsxanada dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, Navalni iki həftə öncəki mesajında seçicilərdən martda keçiriləcək prezident seçkilərində etiraz olaraq, Putinin əleyhinə səs vermələrini istəmişdi.
Rusiya prezidenti Vladimir Putinin ən böyük rəqiblərindən sayılan və 19 il müddətinə azadlıqdan məhrum edilən müxalifət lideri Aleksey Navalni cəzasını çəkdiyi Yamalo-Nenets bölgəsindəki həbsxanada dünyasını dəyişib.
Həbsxanadan verilən açıqlamada Navalninin bu gün gəzintidən sonra özünü yaxşı hiss etmədiyini və huşunu itirmək üzrə olduğu bildirilib.
Xəstəxanaya aparılan Navalninin həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişdiyi və ölüm səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparıldığı bildirilib.
Navalni təxminən iki həftə əvvəl verdiyi mesajda seçicilərdən martda Rusiyada keçiriləcək prezident seçkilərində prezident Vladimir Putinə etiraz etmək üçün günorta saatlarında səs vermələrini istəyib. “Telegram” hesabında paylaşım edən Navalni bu seçkilərdə ilk dəfə tətbiq olunacaq elektron səsvermə sisteminin saxtalaşdırılacağı üçün Putinin əleyhinə səs vermənin kifayət etmədiyini iddia edib.
Navalnın ölümü ilə Kremldən açıqlamada yayılıb. “Navalninin ölüm səbəbi ilə bağlı məlumatımız yoxdur. Həbsxanada lazımi araşdırmalar aparılır”, – deyə məlumatda bildirilir.
Rusiya müxalifətinin lideri, antikorrupsiya fəalı və hüquqşünas Aleksey Navalnı Rusiya rəsmilərinin, o cümlədən Vladimir Putinin yaxın çevrəsinin korrupsiya və sui-istifadə hallarını ifşa edən bloqu vasitəsilə qlobal şöhrət qazanıb.
Navalnı dəfələrlə Putinə qarşı çıxdığına görə həbs edilib. Navalnı 2021-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
2020-ci ildə zəhərlənən Navalni Rusiyaya qayıtmazdan əvvəl aylarla Almaniyada müalicə alıb.
Navalnının qaldığı, “Qütb canavarı” cəzaçəkmə koloniyası kimi tanınan həbsxana ölkədə ən ağır şəraitə malik həbsxanalardan biri hesab olunur.
Paytaxt Moskvadan 1900 km aralıdadır və həddindən artıq soyuqların yaşandığı bir şəhərdə yerləşir.
Dekabrda tərəfdarları və yaxınları həftələrlə Navalnıdan xəbər tutmasalar da, sonradan onun qütb bölgəsinə köçürüldüyü məlum olub.
Arktika Dairəsindən təxminən 60 km şimalda yerləşən həbsxana 1960-cı illərdə bir vaxtlar Sovet dövründə məcburi əmək düşərgələrinin KULAK sisteminin bir hissəsi kimi yaradılıb.
Maraqlıdır ki, Aleksey Navalnının kamerasının Rusiyanın kənarına köçürülməsi hazırkı prezident Vladimir Putinin yenidən prezidentliyə namizədliyini elan etməsindən az sonra eyni vaxta təsadüf edib.
Navalnının həbsi bütün dünyada etirazlara və qınaqlara səbəb olmuşdu, bir çox ölkələr, o cümlədən ABŞ Navalnını azad etməyə və onun zəhərlənməsi ilə bağlı araşdırma aparmağa çağırmışdı. Navalnının işi Rusiyada siyasi azadlıq və insan haqları uğrunda mübarizənin simvoluna çevrilib.
Gununsesi.info