
Federal Penitensiar Xidmət (FSIN) məhkum edilmiş bloger Aleksey Navalnının ölümü ilə bağlı bütün yoxlamaları həyata keçirir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bildiyimizə görə, indi bütün mövcud qaydalara uyğun olaraq, FSIN bütün yoxlamalar, dəqiqləşdirmələr və s. ilə məşğuldur”, – Kreml nümayəndəsi bildirib.
“Bu, artıq heç bir göstəriş tələb etmir, çünki bununla bağlı hər kəsin rəhbər tutduğu müəyyən qaydalar var”, – deyə o əlavə edib.
Eyni zamanda, Peskov Navalnının ölümünün səbəblərini şərh etməyib.
Gununsesi.info