Qətlə yetirilən mayorun - Fotosu

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, mayor Abdullayev Amil Hümbət oğlu qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə qətlə yetirilən hərbçinin fotosu yayılıb. Həmin fotonu təqdim edirik: Xatırladaq ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, hadisə yerinə və meyitə baxış keçirilib. İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub. O, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.