
Bir neçə gündür ki, sosial şəbəkəklərdə yoxa çıxdığı deyilən ictimai fəal, bloger Arzu Sayadoğlu haqqında məlumat yayılıb.
Gununsesi.info-nun xəbərinə görə, “Amerikanın Səsi” radosu Səbail Rayon Məhkəməsinə istinadən jurnalist barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə xəbər yayıb.
Səbail Rayon Məhkəməsindən bildirilir ki, Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham sübut olunarsa blogeri beş ildən on ilədək həbs cəzası gözləyir.
İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.
İlhamə
Gununsesi.info