Putin Ərdoğana başsağlığı verdi

  • By Günel
  • 21 Yanvar 2025 20:17

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.

“Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərimi, həmçinin bütün yaralılara tezliklə sağalmalarını dilədiyimi çatdırmağınızı xahiş edirəm”, – məlumatda deyilir.

Qeyd edək ki, dağ-xizək kurortundakı oteldə baş verən yanğında 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Gununsesi.info