Tramp:”Putin Ukrayna ilə sülh razılaşmasına getməməklə Rusiyanı məhv edir”

  • By admin
  • 21 Yanvar 2025 13:37

 

Putin Ukrayna müharibəsini bitirmək üçün razılığa gəlməməklə Rusiyanı “məhv edir”.

Gununsesi.info xəbər verir ki, bunu andiçmə mərasimində sonra Ağ Evə gələn ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib.

O, razılaşma bağlamalıdır. Məncə, razılaşmaya getməməklə o, Rusiyanı məhv edir. Rusiyanın böyük problemlərlə üzləşəcəyini düşünürəm. Məncə, müharibəni bitirmək onun üçün çox yaxşı olardı”, – ABŞ-ın yeni dövlət başçısı bildirib.

 

Afət

Gununsesi.info