Baş həkim işdən çıxarıldı

Zaqatala xəstəxanasının baş həkimi işdən çıxarılıb. 

Bu barədə TƏBİB-dən Gununsesi.info-ya bildirilib ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Tamara Fəxrəddin qızı Nurəliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) 21 yanvar 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilib.

 

Gununsesi.info