
Almaniya kansleri Angela Merkel Rusiyaya səfər edəcək.
Gununsesi.info xəbər verir ki, kansler avqustun 20-də Moskvada olacaq. Burada o, Rusiya prezidenti Putinlə görüşəcək və Donbasda vəziyyəti, həmçinin, “Şimal axını-2” layihəsini müzakirə edəcək.
Bundan sonra, avqustun 22-də Merkel Kiyevə səfər edəcək və prezident Vladimir Zelenski ilə danışıqlar aparacaq.