Putin ən çox bu ölkəyə səfər edib

Putin ən çox bu ölkəyə səfər edib

Rusiya Prezidenti Vladimir Putinin müxtəlif ölkələrə etdiyi səfərlərin sayı açıqlanıb. Gununsesi.org-un məlumatına görə, bununla bağlı “Arqumentı i faktı” qəzeti infoqrafika hazırlayıb.

Məlum olub ki, V. Putinin ən çox səfər etdiyi ölkə Qazaxıstandır. Rusiyalı siyasətçi prezidentliyi dövründə orada düz 28 dəfə olub. İkinci yerdə Belarus (24 səfər), üçüncü yerdə isə Ukrayna (21 səfər) qərarlaşıb.

Daha sonraki yerləri Almaniya (17 səfər), Fransa və Çin (hər birinə 16 səfər), Türkiyə (13 səfər), İtaliya, Tacikistan və Qırğızıstan (hər birinə 11 səfər), Finlandiya (9 səfər), Hindistan və Özbəkistan (hər birinə 8 səfər), Azərbaycan, ABŞ, Böyük Britaniya və Ermənistan (hər birinə 7 səfər) tutub.

Gununsesi.org

COMMENTS