Gəncədə məktəbli qız yoxa çıxdı

Gəncədə məktəbli qız yoxa çıxdı

Gəncədə məktəbli qız itkin düşüb.

Gununsesi.org xəbər verir ki, hadisə şəhərin Aydınbəyov küçəsi ev 5-də qeydə alınıb.

Gəncə şəhər 27 saylı orta məktəbin 11-ci sinifində təhsil alan, 2003-cü il təvəllüdlü Ələkbərzadə Qızdarxan Yaqub qızı dekabrın 4-ə saat 07:00 radələrində evdən çıxaraq, naməlum istiqamətə gedib.

Bununla bağlı polisə onun atası müraciət edib.

Hazırda Q.Ələkbərzadə itkin kimi axtarışdadır.

Gununsesi.org

COMMENTS