ABŞ hökuməti Rusiyanın Federal Xəzinədarlığının nümayəndə heyətinə dekabrın 3-də audit konfransında iştirak etmək üçün giriş vizaları verməyib. Gununsesi.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
“Az öncə Beynəlxalq Audit Peşə Tənzimlənməsi İnstitutunun konfransında iştirak etmək üçün dekabrın 3-də Vaşinqtona gəlməli olan Federal Xəzinədarlığımızın nümayəndə heyəti viza almadı”, -deyə Rusiya diplomatik nümayəndəliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, Dövlət Departamenti 28-29 noyabr tarixlərində Rusiya Xarici İşlər Nazirliyinin Xaricdəki Həmvətənlərlə İş Departamentinin direktoru Oleq Malqinovun Nyu-Yorka Gənclər Forumuna getməsinin də qarşısını alıb.
COMMENTS