ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Prezident Donald Trampın impiçment proseduru çərçivəsində demokratlar tərəfindən hazırlanmış hesabatı təsdiqləyib.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, sənədin qəbulu üçün keçirilən səsvermədə 13 nəfər lehinə, doqquz nəfər əleyhinə səs verib.
Məlumata görə, növbəti mərhələdə hesabat Nümayəndələr Palatasının məhkəmə işləri üzrə komitəsinə veriləcək.
Ağ Evin mətbuat katibi Stefani Qrişem isə bildirib ki, demokratların impiçment üzrə məruzəsi ölkə prezidenti Donald Trampın qanunsuz hərəkətlərinə dair heç bir sübuta malik deyil.
“Birtərəfli saxta prosesin nəticəsinə görə kəşfiyyat üzrəkomitə sədri Adam Şiff və demokratlar prezident Tramp tərəfindən qanun pozuntularının heç bir sübutu təqdim edə bilmədilər. Bu hesabat onların məyusluqlarından başqa heç nəyi əks etdirmir”, – Qrişemin yayılmış şərhində deyilir.
COMMENTS