Portuqaliyalı pleymeyker İtaliyanın A seriyasının dalbadal 7 oyununda qol vurmağa nail olub.
“rbc” xəbər verir ki, bununla Kriştianu Ronaldu 2005-ci ildə “qoca sinyoranın” hücumçusu David Trezeqenin rekordunu təkrarlayıb.
K.Ronaldu çempionatın 20-ci turunda “Parma” ilə görüşdə dubla imza atıb.
Oyun 2:1 hesabı ilə “blankonerinin” xeyrinə bitib.
COMMENTS