Prezident Uayt da Nurməhəmmədov haqqında danışdı: “Toni Ferqüsonu, daha sonra bir dəfə də Konoru döysə…”

Prezident Uayt  da Nurməhəmmədov haqqında danışdı: “Toni Ferqüsonu, daha sonra bir dəfə də Konoru döysə…”

Mütləq Döyüş Çempionatının (UFCprezidenti Deyn Uayt hesab edir ki, irlandiyalı döyüşçü Konor Makqreqorun növbəti rəqibi rusiyalı həmkarı Həbib Nurməhəmmədov olmalıdır.

Gununsesi.org-un məlumatına görə, bunu o, Makqreqorun amerikalı rəqibi Donald Serronenin üzərində qələbə çalmasından sonra deyib.

Deyn Uayt

“Bu, Həbibin irsi üçün də önəmlidir. Əgər o, Toni Ferqüsonu, daha sonra bir dəfə də Konoru döysə… Bu, inanılmaz bir şey olacaq”, – Uayt söyləyib.

UFC prezidenti döyüşçülərin görüşünün Moskvada keçirilməyəcəyini bildirib. “Döyüşün Moskvada olmayacağına dair çox səbəblər var”, – o deyib.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında döyüşcülər oktaqonda üz-üzə gəlmişdi. O vaxt Nurməhəmmədov Makqreqora qalib gəlmişdi.

Gununsesi.org

COMMENTS