
Prezident İlham Əliyev Vüsal Quliyevlə bağlı Sərəncam imzalayıb.
Gununsesi.info xəbər verir ki, Sərəncamla öz həyatı təhlükə altında olduğu halda insan həyatını xilas etdiyinə görə polis baş serjantı Vüsal Əbülfəz oğlu Quliyev “İgidliyə görə” medalı ilə təltif edilib (ölümündən sonra).
Xatırladaq ki, hadisə zamanı 41 yaşlı V. Quliyevlə birgə oğlunu xilas etməyə çalışan ana, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Salman qızı da boğulub. Belə ki, S. Aslanlı 13 yaşlı oğlu Muradın boğulduğunu görərək suya atılıb və özü də boğulmağa başlayıb. Bu zaman gölün sahilində xidmətdən kənar vaxt ailəsi ilə istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən uşağı xilas edib. Daha sonra uşağın anası S. Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
Gununsesi.info