Söyüdlü ilə bağlı aparılan təhlillərin nəticəsi nə vaxt AÇIQLANACAQ?

Gədəbəy rayonunun Söyüdlü kəndində torpaq üzərində aparılan təhlillərin nəticəsinin açıqlanacağı vaxt məlum olub.

Gununsesi.info xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.

HTML tutorial

Onun sözlərinə görə, iyulun 25-də nəticələr açıqlanacaq.

Gununsesi.info