
Baş Prokurorluq Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təntənəli mərasim təşkil edib.
Gununsesi.info xəbər verir ki, tədbirdə Baş Prokuror Kamran Əliyev və prokurorluğun rəhbərliyi, media və qeyri-hökumət təşkilatlarının rəhbərləri, prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış keçmiş əməkdaşları iştirak edib.
“Heydər Əliyev İli” çərçivəsində Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev bildirib ki, milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevlə bağlıdır.
“1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsasının qoyuldu .
Bu gün ölkədə müstəqil, güclü, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır”, “, – deyə Baş prokuror vurğulayıb.
K.Əliyevin çıxışından sonra teatrda Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan “Sən elə bir zirvəsən!..” tamaşası izlənilib.
Gununsesi.info