38 Saylı Nizami (Gəncə) ikinci Seçki Dairəsindən deputatlığa namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilən Müzadil Həsənov və onun tərəfdarları bu qərarın qanunsuz olması barədə fikirlər səsləndirib.
Gununsesi.org xəbər verir ki, Müzadil Həsənovun namizədliyinin ləğvinə səbəb onun Rusiya vətəndaşı olması göstərilib ki, bu da Azərbaycan qanunvericiliyində birmənalı əks olunub.
Müzadil Həsənovun tərəfdarlarının sosial şəbəkədə apardığı kampaniyada onun vətənpərvər xüsusilə, Cavad Xan sevgisini qəlbində daşıyan bir şəxs imici formalaşdırılır.
Ancaq maraqlıdır ki, Müzadil Həsənov Rusiya vətəndaşlığını seçərkən, bu ölkənin qanunverciliyinin tələblərinə uyğun olaraq, Azərbaycan vətəndaşlığından imtina etməsini göstərib.
Rusiya qanunverciliyində yazılır: Bəzi xarici vətəndaşlar üçün Rusiya vətəndaşlığını əldə etmək üçün, mövcud olan digər vətəndaşlığından imtina etmək lazımdır.
Təbii ki, hörmətli Müzadil Həsənov da eyni yolu seçib.
Ancaq Müzadil Həsənov Rusiya vətəndaşlığını qəbul edərkən bir məqamı unudub.
Belə ki, o, başqa ölkənin vətəndaşlığını əldə etdikdən sonra Azərbaycan tərəfinə rəsmi məlumat verməli idi. Bunu etməmək isə qanunla cinayət məsuliyyəti müəyyən edir.
Onun Cavad Xan sevgisinə gəlincə, burada da sünilik ortadadır.
1804-cü il o qədər də böyük keçmiş deyil ki, gəncəlilər bunu unutsun.
Müzadil Həsənov Azərbaycan vətəndaşlığından imtina edərək, Rusiya vətəndaşlığını seçəndə yəqin ki, Cavad Xanın Pavel Sisianovun başçılığı ilə şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları tərəfindən qətlə yetirilməsini də unutmayıb.
Əlavə şərhə ehtiyac yoxdur….
Elmar Elnuroğlu
COMMENTS